Çərşənbə axşamı, Aprel 29, 2025
HomeFaydalı MəlumatlarAbşeron Milli Parkı (Şahdili burnu) haqqında maraqlı məlumatlar!

Abşeron Milli Parkı (Şahdili burnu) haqqında maraqlı məlumatlar!

Hörmətli ziyarətçilər, Abşeron Milli Parkına hər gün saat 9 dan axşam saat 18:00 dək daxil olmaq mümkündür. Çıxış vaxtı isə hava qaralanadəkdir.
Giriş biletinin qiyməti adambaşına 2 man. Uşaqlar 6 yaşadək və müharibə əlilləri ödənişsizdir.

#AbşeronMilliParkının təqdimatı:

✅ Abşeron Milli Parkının ərazisini əhatə edən Şahdili burnu Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsidir.
✅Xəzər dənizində min illər ərzində baş verən su tərəddüdlərinə baxmayaraq Şahdili burnunun relyefi dəyişmir, Azərbaycan xəritəsində məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.
✅Şahdili burnunu Avropanın quruda yerləşən ən ucqar şərq nöqtəsi də hesab etmək olar, müqayisə üçün deyə bilərik ki, Portuqaliyada yerləşən Roka burnu isə Avropanın ən ucqar qərb nöqtəsidir.

✅Ölkəmizdə ərazisinə görə ən kiçik və Bakıya ən yaxın milli parkdır.
✅Qışlamaq üçün payız fəslinin sonlarında ölkəmizə uçub gələn flaminqoları milli parkda yaxından görmək fürsəti
mövcuddur.

✅Abşeron Milli Parkı quşların
miqrasiya marşrutunun üzərində yerləşir
və quşlar üçün əhəmiyyətli bir dayaq nöqtəsi hesab olunur.

✅Abşeron Milli Parkı Xəzər dənizinin
əhatəsində yerləşməsi ilə həm
təbiətin mühafizəsi, həm
də ekoturizm baxımından xüsusi əhəmiyyətə malikdir.

✅Abşeron Milli Parkının paytaxta yaxın olması Xəzər dənizinin sahil zolağının vəhşi təbiətini izləmək istəyən həm yerli, həm də xarici turistlər üçün asan ziyarət məkanıdır.

✅Abşeron Milli Parkında Abşeron yarımadasına xas olan endemik bitki növləri, fauna
nümunələri qorunur, müşahidə altında saxlanılır.
✅Parkda Abşeron yarımadası üzrə sayı kritik həddə azalan, adları «Qırmızı kitab»a daxil edilmiş bitki növlərinin daimi müşahidəsi aparılır.

✅Abşeron Milli Parkında Abşeron yarımadasına xas təbiət komplekslərinin unikallığı və bütövlüyü qorunur, milli parkın ekosisteminin əsasını təşkil edən Xəzər dənizi ekosistemi və sahilyanı yarımsəhra ekosistemi mühafizə olunur.

✅Abşeron Milli Parkında dünyada pərayaqlıların ən kiçik və yeganə nümunəsi olaraq “Ginnesin Rekordlar Kitabı” na düşən Xəzər suitisi ilə bağlı illik müşahidələr aparılır.

✅Ərazidə bioloji müxtəlifliyin və təbii landşaftın antropogen təsirlərə məruz qalmadan saxlanılması, gələcəkdə Abşeron Milli Parkını açıq səma altında unikal təbiət muzeyi olaraq məhşurlaşdıracaq

✅Abşeron Milli
Parkının cəlbedici ekoturizm potensialı və ekosistem xidmətləri mövcuddur:
📍Azərbaycanın və Avropanın materikdəki ən ucqar şərq nöqtəsinə səyahət,
📍Torpağın üç tərəfdən su ilə əhatə olunmasının romantik mənzərəsi,
📍Xəzər sahillərində ən təmiz və oksigenlə zəngin hava almaq fürsəti,
📍Dəniz kənarı ilə uzun məsafədə piyada hərəkət imkanı,
📍Quşların müşahidəsi,
📍Piknik etmək üçün köşklər,
📍Velosipedlərin kirayəsi.

Qrup turları ilə bağlı bizə müraciət edə bilərsiniz:

051 8432599 WhatsApp+zəng

077 4641868 WhatsApp+zəng

✅#АбшеронскийНациональныйПарк:

Уважаемые посетители!

📍Абшеронский Национальный Парк открыт для гостей ежедневно с 09:00 до 18:00.

📍Цена входного билета:
Взрослые – 2 маната,
Дети до 6 лет и Ветераны войны – бесплатно.

❗Почему стоит посетить Абшеронский Национaльный Парк?

✅Шахдили – географическое чудо:
📌Мыс Шахдили –самая восточная материковая точка Азербайджана.
📌Несмотря на колебания уровня Каспийского моря, рельеф Шахдили остаётся неизменным и символизируется на карте Азербайджана как клюв орла.
📌Мыс Шахдили – самая восточная материковая точка Европы, а мыс Рока в Португалии – самая западная материковая точка Европы.

✅Самая ближайщая к столице живая природа:
📌 Парк расположен на пути миграции перелётных птиц — идеальное место для их наблюдения.
📌Осенью и зимой можно наблюдать зимующих фламинго.
📌В национальном парке
под постоянным наблюдением находятся эндемичные и краснокнижные растения и в целом морская и полупустынная экосистема Апшеронского полуострова.
✅Для посетителей доступны:
📍Путешествие к самой восточной материковой точке Азербайджана и Европы.
📍Романтические пейзажи,с трёх сторон окружённые водой.
📍Свежий, богатый кислородом воздух.
📍Длинные пешеходные маршруты вдоль побережья.
📍Уютные беседки для пикников.
📍Прокат велосипедов.

❗Открой, сохрани и передай эту природную жемчужину будущим поколениям!

#AbsheronNationalPark:

Dear visitors!

📍Absheron National Park is open to visitors daily from 09:00 to 18:00.

📍Entrance fee:
Adults – 2 manats,
Children under 6 and war veterans – free.

❗Why is it worth visiting Absheron National Park?

✅Shahdili – a geographical wonder:
📌Cape Shahdili is the easternmost continental point of Azerbaijan.

📌Despite fluctuations in the level of the Caspian Sea, the relief of Shahdili remains unchanged and is symbolized on the map of Azerbaijan as an eagle’s beak.
📌Cape Shahdili is the easternmost continental point of Europe, and Cape Roca in Portugal is the westernmost continental point of Europe.

✅The closest living nature to the capital:
📌 The park is located on the migration route of migratory birds – an ideal place to watch them.
📌In autumn and winter, you can watch wintering flamingos.
📌In the national park, endemic and red-listed plants and the marine and semi-desert ecosystem of the Absheron Peninsula are under constant surveillance.
✅Visitors have access to:
📍A trip to the easternmost continental point of Azerbaijan and Europe.
📍Romantic landscapes, surrounded by water on three sides.
📍Fresh, oxygen-rich air.
📍Long walking routes along the coast.
📍Cozy gazebos for picnics.
📍Bike rental.

❗Discover, preserve and pass on this natural pearl to future generations!

 

Qrup turları ilə bağlı bizə müraciət edə bilərsiniz:

+99451 8432599 WhatsApp+zəng

+99477 4641868 WhatsApp+zəng

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments