Təbii sərvətlərə və torpaqlara qənaət

Təkrar emal nəticəsində yaradılan məhsullar neft, dəmir, əlvan metallar və bu kimi sərvətlərin qorunmasına imkan yaradır. Çeşidlənmə nəticəsində daha az tullantı zərərsizləşdiyi üçün torpaq ehtiyyatlarına qənaət edilir.

Ətraflı oxu
Təbii sərvətlərə və torpaqlara qənaət

Canli təbiəti qorumaq

Tullantıların çeşidlənməməsi və necə gəldi atılması heyvanlar üçün böyük təhlükədir. Hər il minlərlə quş və tıspağalar polietilen torbaları yeyərək boğulur.

Ətraflı oxu
Canli təbiəti qorumaq

Ağacları qorumaq

Bir ton kağızın istehsalı üçün 17 ağac kəsilir. Kağız və kartonun çeşidlənərək təkrar emala göndərilməsi minlərlə hektar meşə sahələrinin kəsilməsinin qarşısını ala bilər.

Ətraflı oxu
Ağacları qorumaq

Qlobal istiləşməyə yox!

Tullantıların təkrar emalı və yenidən istifadəsi nəticəsində “çürüyən” tullantıların həcminin azalması atmosferi çirkləndirən və qlobal istiləşməyə səbəb olan metan qazlarının da azalması deməkdir. 

Ətraflı oxu
Qlobal istiləşməyə yox!

Milli iqtisadiyyatımıza xeyir!

Tullantıların emalı və yenidən istifadəsi zamanı geniş və ucuz xammal formalaşır ki, bu da istehsalın idxaldan asılılığını azaldır

Ətraflı oxu
Milli iqtisadiyyatımıza xeyir!

Haqqımızda

Uzun illər boyu tullantılar çürüyərək havanı, torpağı və suyu çirkləndirmiş və  ətraf mühit və insan üçün ciddi təhlükə mənbəyi olmuşdur. Lakin müasir dövrümüzdə tullantılar enerji və xammal mənbələri hesab edilir. Azərbaycanda da tullantıların çeşidlənməsi və təkrar emalı sahəsində ciddi işlər görülməkdədir. Regionda ilk bu çeşidləmə zavodu olan Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikilməsi və istismara verilməsi buna əyani sübutdur. 

Tullantıların çeşidlənməsi və təkrar emalı  tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır,  enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır.

Təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin isə rastlaşdığı ən böyük əngəl xammal təchizatçıların tapılmasıdır. Bu problemin həlli məqsədi ilə “Təmiz Şəhər” ASC-nın dəstəyi ilə elektron portalın - Təkrar Emal Birjası (TEB)-ın yaranması qərara alınmışdır. 

Hər hansı bir müəssisə və ya şəxs üçün lazımsız  hesab edilən təkrar emala yararlı tullantılar təkrar emal sənayeləri üçün qiymətli xammaldı. Portalın məqsədi bir şirkətə və ya şəxsə lazım olmayan təkrar emala yararlı tullantılar, bu tullantılarda ehtiyac duyan alıcıya təqdim edərək, görüş meydanı və  tullantıların alqı-satqısı üçün şəffaf şərait yaratmaqdır. Bir çox hallarda bu cür prosesdə vasitəçilər iştirak edir ki, bu da təkrar emal müəssisələri üçün xammalın dəyərini artırmış, satıcı üçün isə qiymətin aşağı salınmasına gətirib çıxarır. Bu isə bu sahəyə iqtisadi marağı azaltmış olur.
Portalda həm alıcı, həm satıcı asanlıqla qeydiyyatdan keçib TEB-də şəffaf şəraitdə alqı-satqı münasibətlərində iştirak edə bilər.  

Ətraflı oxu

Satılır

Xəbərlər və Elanlar
Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum oldu

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum oldu

Ətraflı oxu
Avropada “Təmiz Şəhər” ASC-in gördüyü işlərdən danışıldı

Avropada “Təmiz Şəhər” ASC-in gördüyü işlərdən danışıldı

Ətraflı oxu
“Təmiz Şəhər” ASC Almaniyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

“Təmiz Şəhər” ASC Almaniyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Ətraflı oxu
“Təmiz Şəhər” ASC təmiz texnologiyaların tətbiqinə görə mükafata layiq görülüb

“Təmiz Şəhər” ASC təmiz texnologiyaların tətbiqinə görə mükafata layiq görülüb

Ətraflı oxu
Azərbaycan Diplomatik Akademiyası tullantıları çeşidlənmiş şəkildə toplamağa başladı

Azərbaycan Diplomatik Akademiyası tullantıları çeşidlənmiş şəkildə toplamağa başladı

Ətraflı oxu
“Təmiz Şəhər” ASC məlumat turlarını davam etdirir

“Təmiz Şəhər” ASC məlumat turlarını davam etdirir

Ətraflı oxu
İstifadəçi paneli
E-mail
Parol
  Qeydiyyat
Axtarış paneli
Alınır
Biz sosial şəbəkədə